Bank Of Baku

Mayda Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı keçiriləcək

Mayda Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı keçiriləcək
# 08 aprel 2009 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 15-16-da Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) səhmdarlarının növbəti illik toplantısı və biznes-forum keçiriləcək.
AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Avropa Bankının son illər ərzində regiondakı fəaliyyəti, dünyada zəifləyən iqtisadi artım tempinin regiona təsiri, son maliyyə-kredit böhranı və s. məsələləri və bu problemlərin həlli müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dolları olan 50-dən çox investisiya layihələrini imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR