Bank Of Baku

BVF-nin Şərqi Avropa ölkələri üzrə məxfi hesabatı açıqlanıb

BVF-nin Şərqi Avropa ölkələri üzrə məxfi hesabatı açıqlanıb
# 08 aprel 2009 11:08 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) məxfi hesabatında Şərqi Avropa ölkələri qarşısında duran iqtisadi-maliyyə riskləri haqqında nəticə və ehtimallarını dərc edib. Bu sənədin məzmunu ötən gün Britaniyanın məşhur «Financial Times» qəzetində dərc olunub.

«APA-Economics»in məlumatına görə, BVF ilk növbədə Türkiyə və keçmiş SSRİ respublikaları daxil olmaqla, bölgə iqtisadiyyatının 2009-cu ildə 2,5% düşəcəyini proqnozlaşdırır. Fondun ekspertlərinin ehtimallarına görə, Şərqi Avropa ölkələri üzrə 413 mlrd. dollar məbləğində cari borclar təkrar maliyyələşdirməlidir. Eyni zamanda, ölkələrin BVF və digər beynəlxalq maliyyə təsisatları hesabına cəlb etdiyi kredit vəsaitləri yaxın iki ildə 186 mlrd. dollar təşkil edəcək. Hesab olunur ki, hazırda Şərqi Avropa ölkələri arasında ödəniş balanslarının kəsirləri ucbatından Rumıniya, Türkiyə və Polşanın pula daha çox ehtiyacı var.

Bundan başqa, Fondun qiymətləndirmələrinə görə, bölgədə fəaliyyət göstərən banklarda problemli kreditlərin payı 20%-ə çata bilər ki, bu da onlarla işləyən Qərbi Avropa bankları üçün 160 mlrd. dollar məbləğində itkilərə səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR