Bank Of Baku

Bakı Fond Birjası komissiya haqlarını endirib

Bakı Fond Birjası komissiya haqlarını endirib
# 08 aprel 2009 11:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjası (BFB) İdarə Heyətinin ötən gün keçirilmiş yığıncağında birjanın komissiya haqları siyasətinə bəzi dəyişikliklərin edilməsi barədə qərar qəbul olunub. BFB-dan «APA-Economics»ə verilən məlumata əsasən, Maliyyə Nazirliyi tərəfindən emissiya edilən 6 aylıq dövlət istiqrazları üzrə birjanın tətbiq etdiyi komissiya haqqı 0,30%-dən 0,25%-ə, 1 illik və daha artıq dövriyyə müddətli dövlət istiqrazları üzrə isə 0,6%-dən 0,5%-ə endirilib.
Digər bir dəyişiklik banklararası repo-əməliyyatları üzrə komissiya haqqının müəyyən edilməsindən ibarətdir. Belə ki, bu əməliyyatlar 3 ilə yaxındır ki birjada heç bir komissiya haqqı tutulmadan keçirilir və indiyədək birja tərəfindən bu sektor üzrə komissiya haqqı müəyyən edilməyib. Bu addım vaxtilə birja tərəfindən bu sektorun inkişafına təkan vermək məqsədilə atılıb. Birja rəhbərliyinin fikrincə, hazırkı dövrdə artıq banklararası repo-əməliyyatları sektoru kifayət qədər inkişaf edib və bu əməliyyatlar üzrə komissiya haqlarının tətbiq edilməsi üçün əlverişli şərait yaranıb. Bununla əlaqədar, banklararası repo-əməliyyatları üzrə komissiya haqqı bir günlük əməliyyat olduğu halda 0,001%, iki günlük əməliyyat olduqda 0,002%, üç günlük və daha artıq müddətli əməliyyat olduqda isə 0,003% səviyyəsində müəyyənləşdirilib.
Qeyd edək ki, yeni komissiya haqları 2009-cu il aprelin 13-dən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR