Bank Of Baku

Azərbaycan parlamenti yenidən «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsinin müzakirəsinə başlayıb

Azərbaycan parlamenti yenidən «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsinin müzakirəsinə başlayıb
# 08 aprel 2009 11:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Milli Məclisinin iqtisadi siyasət daimi komissiyasının bu gün keçirilən iclasında «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi III oxunuş üçün müzakirə olunub. «APA-Economics»in məlumatına görə, millət vəkili Vahid Əhmədov qanun layihəsində vergi və gömrük güzəştləri ilə bağlı bəzi məsələlərə baxılmasını tövsiyə edib. Millət vəkili qeyd edib ki, xüsusi iqtisadi zonada (XİZ) 2% dərəcəli sadələşdirilmiş verginin tətbiqi doğru deyil. Çünki bu vergi dərəcəsi hazırda Bakı istisna olunmaqla, ölkə ərazisində tətbiq olunur. V.Əhmədov kommunikasiyaların çəkilməsindən başlamış müəssisələrin yaradılmasınadək bütün işlərin burada fəaliyyət göstərəcək şirkətlərin üzərinə düşməsini də doğru saymır və bu məsələnin qanunvericilikdə əksini tapmasını təklif edib. Millət vəkili bildirib ki, başlanğıcda dövlət də müəyyən tədbirlər görməlidir.
Digər komissiya üzvləri isə XİZ-də rezident operatorlar üçün verilən 1 il sınaq müddətinin azaldılmasını, həmçinin daha geniş vergi və gömrük güzəştlərinin həyata keçirilməsinin layihədə əks olunmasını istəyiblər.
Maliyyə Nazirliyinin şöbə müdiri Cəmil Əlizadə isə qeyd edib ki, gələcəkdə iş prosesi ilə əlaqədar XİZ-də vergi dərəcələrinin daha da aşağı salınması və digər güzəştlərin tətbiqi mümkündür və bu, qanuna əlavələr şəklində həyata keçirilə bilər.
İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə millət vəkillərinin təklifləri nəzərə alınmaqla qanun layihəsinin aprelin 14-də yenidən müzakirəyə çıxarılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR