Bank Of Baku

Azərbaycan ilin sonunadək azpilləli gömrük tarifləri sisteminə keçəcək

Azərbaycan ilin sonunadək azpilləli gömrük tarifləri sisteminə keçəcək
# 08 aprel 2009 11:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sonunadək Azərbaycanda çoxpilləli tarif sistemindən azpilləli sistemə keçiləcək. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.
M.Vahabovun sözlərinə görə, yeni sistemdə tariflər 0%, 5% və 15% dərəcəsi ilə hesablanacaq. DGK rəsmisi bunun gömrük vergi və rüsumları yığımına təsir göstərməyəcəyini vurğulayıb.
M.Vahabov dünyada davam edən maliyyə böhranı ilə əlaqədar dövlət büdcəsində gömrük orqanları üzrə müəyyən edilmiş daxilolmalar üzrə proqnozlara hər hansı bir dəyişikliyin gözlənilmədiyini bildirib.
«Cari ilin yanvar, fevral və mart ayları üzrə proqnoz 100% yerinə yetirilib və sonrakı aylar üzrə də proqnoza əməl olunacaq», - deyə DGK rəsmisi əlavə edib.
Qeyd edək ki, ötən il DGK tərəfindən büdcə daxilolmaları 1,1 mlrd. manat təşkil edib, 2009-cu il üçün isə büdcə proqnozu 1,3 mlrd. manat səviyyəsində müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR