Bank Of Baku

Maliyyə böhranı təqaüdlərin artırılmasına mane olmayacaq

Maliyyə böhranı təqaüdlərin artırılmasına mane olmayacaq
# 08 aprel 2009 13:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dünyada hökm sürən maliyyə böhranı Azərbaycanda təqaüdlərin artırılmasına mane olmayacaq. Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli deyib. O bildirib ki, təqaüdlərin baza hissəsinin artırılması hansısa proseslə deyil, qanunla müəyyən edilir. H. Rəcəblinin sözlərinə görə, bu il də Azərbaycanda təqaüdlərin baza hissəsi artırılacaq: “Sadəcə, təqaüdlərin neçə faiz artırılacağı müzakirə oluna bilər. Ancaq bu barədə danışmaq hələ tezdir” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR