Bank Of Baku

Azərbaycan qiymətli kağızlar bazarında mütəxəssislərin bilik və baracarıqları avtomatlaşdırılmış test proqramı vasitəsilə qiymətləndiriləcək

Azərbaycan qiymətli kağızlar bazarında mütəxəssislərin bilik və baracarıqları avtomatlaşdırılmış test proqramı vasitəsilə qiymətləndiriləcək
# 08 aprel 2009 15:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının əməkdaşlarının attestasiyası prosesinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Bank Tədris Mərkəzi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında mövcud strateji tərəfdaşlığa dair əməkdaşlıq sazişi çərçivəsində avtomatlaşdırılmış test proqramının tətbiq edilməsinə dair müqavilə imzalanıb.
QKDK-nın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən müqaviləyə əsasən, attestasiya prosesində qiymətli kağızlar bazarı mütəxəssislərinin bilik və bacarıqlarının dəyərləndirilməsi müasir standartlara uyğun avtomatlaşdırılmış kompüter proqramı vasitəsilə həyata keçiriləcək. QKDK tərəfindən hazırda attestasiya zamanı istifadə ediləcək suallar bazasının təkmilləşdirilməsi işi aparılır. Yeni avtomatlaşdırılmış kompüter test proqramının QKDK-da bu ilin may ayından etibarən tətbiq edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR