Bank Of Baku

Gəncə-Qazax iqtisadi rayonunun investisiya xəritəsi hazırlanır

Gəncə-Qazax iqtisadi rayonunun investisiya xəritəsi hazırlanır
# 08 aprel 2009 16:26 (UTC +04:00)
Göygöl. Nəzakət Məşədiəliqızı – APA. Gəncə-Qazax iqtisadi rayonunun davamlı inkişaf planını özündə əks etdirəcək investisiya xəritəsi hazırlanacaq. APA-nın qərb bürosunun məlumatına görə, layihənin icraçıları yerlərdə layihənin təqdimat mərasimini keçirirlər. İlkin olaraq pilot rayon kimi Göygöl seçilib. Göygöl rayon İcra Hakimiyyətinin və müxtəlif idarə, müəssisə rəhbərlərinin qatıldığı təqdimat mərasimində bildirilib ki, dövlət büdcəsindən maliyyələşdirilən layihənin koordinasiyasını Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu həyata keçirir. Layihənin icrasına İqtisadiyyat İnstitutunun, Gəncə Regional Elm Mərkəzinin, Davamlı İnkişaf İctimai Birliyinin və digər təşkilatların mütəxəssisləri cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR