Bank Of Baku

«Fitch Ratings» Estoniya, Latviya və Litvanın milli və xarici valyutada uzunmüddətli reytinqlərini azaldıb

«Fitch Ratings» Estoniya, Latviya və Litvanın milli və xarici valyutada uzunmüddətli reytinqlərini azaldıb
# 09 aprel 2009 07:10 (UTC +04:00)
Bakı – APA-Economics. «Fitch Ratings» beynəlxalq agentliyi Estoniya, Latviya və Litvanın milli və xarici valyutada olan uzunmüddətli reytinqlərini azaldıb. Hər üç ölkə üzrə reytinqlərin proqnozları əvvəlki kimi «neqativ» səviyyəsində saxlanılıb.
«APA-Economics»in məlumatına görə, dünya maliyyə böhranı fonunda Estoniyanın xarici valyatada reytinqini «A-»dən «BBB+»a, milli valyutada – «A»dan «A-»yə salıb. Latviyanın reytinqləri müvafiq olaraq «BBB-»dən «BB+»a və «BBB»dan «BBB-»ya düşüb. Litvanın reytinqləri isə xarici valyutada «BBB+»dan «BBB»ya, milli valyutada isə «A-»dən «BBB+»ya salınıb.
Xatırladaq ki, 2008-ci ilin oktyabr ayından «Fitch Ratings» artıq ikinci dəfədir Baltikyanı dövlətlərin uzunmüddətli reytinqlərini azaldır.
«Fitch» ekspertləri qeyd edirlər ki, bu bölgədə daha qeyri-sabit vəziyyət Latviyada müşahidə olunur, halbuki bir qədər öncə Beynəlxalq Valyuta Fondu və Avropa İttifaqı tərəfindən ölkəyə çoxmilyardlı kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR