Bank Of Baku

Yaponiyada yeni anti-böhran proqramı hazırlanıb

Yaponiyada yeni anti-böhran proqramı hazırlanıb
# 09 aprel 2009 07:25 (UTC +04:00)
Bakı – APA-Economics. Yaponiyanın hakim partiyası dünya maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatının dəstəklənməsi üzrə tədbirlər paketini təsdiqləyib.
«APA-Economics»in məlumatına görə, yeni plan çərçivəsində milli iqtisadiyyatın və zərər çəkmiş şirkətlərin birbaşa dəstəklənməsi üçün təxminən 154 mlrd. dollar həcmində vəsaitin ayrılması planlaşdırılır. Dolayı yardım da nəzərə alınmaqla (vergi güzəştləri, borc qiymətli kağızları üzrə zəmanətin verilməsi və s.), bu köməyin həcmi 570 mlrd. dollara çatacaq. Artıq yaxın günlərdə anti-böhran planın detalları barədə daha ətraflı məlumatın veriləcəyi gözlənilir. Məhz həmin vaxt baş nazir Taro Asonun sənədin ölkə parlamentinə təqdim etməsi planlaşdırılır.
Xatırladaq ki, bundan öncə qəbul olunan anti-böhran proqramı çərçivəsində iqtisadiyyatın dəstəklənməsinə 230 mlrd. dolların ayrılması nəzərdə tutulurdu. Bu proqrama əsasən, daxili bazarda alqı-satqı əməliyyatlarının artırılması məqsədi ilə hər bir ölkə vətəndaşına 120 dollar məbləğində vəsaitin ayrılması planlaşdırılırdı.
Qeyd edək ki, 2008-ci ilin IV rübünün yekunlarına əsasən, Yaponiyada ÜDM-in həcmi 3,3%, III rübdə - 0,4%, II rübdə isə 2,4% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR