Bank Of Baku

Asiya İnkişaf Bankı fövqəladə halların aradan qaldırılması ilə bağlı xüsusi fond yaradır

Asiya İnkişaf Bankı fövqəladə halların aradan qaldırılması ilə bağlı xüsusi fond yaradır
# 09 aprel 2009 08:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Fövqəladə Halların Aradan Qaldırılması üzrə Asiya-Sakit Okean Fondunun (APDRF) təsis olunmasına dair qərar qəbul edib.
AİB-dən «APA-Economics»ə verilən məlumata görə, APDRF AİB-in üzv ölkələrinə hər biri 3 mln. ABŞ dolları həcmində olan qrantlar ayıracaq. Həmin vəsait təbii fəlakət nəticəsində əziyyət çəkən ölkələrdə xilasetmə xidmətlərinin yaxşılaşdırılmasına yönəldiləcək. Qrantın həcmi təbii fəlakət nəticəsində dəymiş zərərin dərəcəsindən asılı olacaq.
Qeyd edək ki, 2008-ci il ərzində 10 ölkədə baş verən təbii fəlakətin 9-u Asiya bölgəsində qeydə alınıb, 1996-2005-ci illər ərzində isə bütün dünya fəlakətlər nəticəsində 670 mlrd. dollar həcmində maddi zərər çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR