Bank Of Baku

Azərbaycan bank sistemində kreditlərin aktivlərdə payı artır

Azərbaycan bank sistemində kreditlərin aktivlərdə payı artır
# 09 aprel 2009 08:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit portfelinin cəmi aktivlərdə olan xüsusi çəkisi 2009-cu ilin mat ayının 1-nə 68,7% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici son bir ildə 4,9 faiz bəndi, ilin əvvəlindən isə 0,4 faiz bəndi artıb. Xatırladaq ki, martın 1-nə mütləq rəqəmlərdə məcmu kredit portfelinin həcmi 6 509 mln. manat, aktivlərin həcmi isə 9 479,1 mln. manat təşkil edib.
Qeyd edək ki, bank təhlilində kreditlərin aktivlərdə xüsusi çəkisi üzrə qəbul edilmiş normalarla bağlı müxtəlif fikirlər mövcuddur, bunların fərqlənməsi isə qiymətləndirilən ölkə və iqtisadiyyatın xüsusiyyətlərindən asılıdır. Belə ki, inkişaf etmiş ölkələrdə bank investisiyaları keyfiyyət və kəmiyyət baxımından yüksək səviyyədə olduğuna görə, kreditlərin aktivlərdə 50-55%-lik paya sahib olması təhlükəli hədd kimi qiymətləndirilir. İnkişafda olan iri maliyyə bazarlarında isə, məsələn, Rusiyada bu hədd 70-75% təşkil edir. Bu səbəbdən, kreditlərin aktivlərdə 70%-ə yaxın paya malik olması nəzəri baxımından təhlükəli hədd kimi hesab oluna bilər, lakin Azərbaycanın xüsusiyyətləri, banklar üçün investisiya alətlərinin məhdud olması, fond bazarının istənilən səviyyədə inkişaf etməməsi, iqtisadiyyatın əsas sahələrdə rentabelliyinin aşağı, sərməyələrin qaytarılması müddətinin isə daha uzun olması və bu kimi s. amillər nəzərə alınaraq, hazırda müşahidə edilən 69%-lik səviyyə qənaətbəxş hesab oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR