Bank Of Baku

«Azərqarant Sığorta» yanvar-mart aylarında daxilolmalarını 9% artırıb

«Azərqarant Sığorta» yanvar-mart aylarında daxilolmalarını 9% artırıb
# 09 aprel 2009 10:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant Sığorta» şirkətinin 2009-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 144,476 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 9,4% çoxdur.
Şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə sığorta riskləri üzrə ödənişlər 19,3 dəfə artaraq 38,680 min manata çatıb.
Ş.Hüseynovun sözlərinə görə, sığorta daxilolmalarının strukturunda ən çox vəsait «Fərdi qəza sığortası» (40,921 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (33,012 min manat) və «Avtomobil sığortası» (14,611 min manat) növlərinin payına düşüb.
Ödənişlərə gəldikdə isə, ən çox vəsait «Avtomobil sığortası» (25,931 min manat) və «Avtonəqliyyat vasitəsilərinin icbari sığortası» (12,104 min manat) növləri üzrə ödənilib.
Qeyd edək ki, təsisçisi bir fiziki şəxs olan «Azərqarant Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR