Bank Of Baku

«Kredo Bank» üç yeni filial açmağa hazırlaşır

«Kredo Bank» üç yeni filial açmağa hazırlaşır
# 09 aprel 2009 10:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlərdə üç yeni filialını istifadəyə vermək niyyətindədir. Bankın İdarə Heyətinin sədri Barat Piriyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq Azərbaycan Milli Bankı (AMB) tərəfindən hər üç filialın fəaliyyət göstərməsi üçün müvafiq lisenziya verilib və hazırda filiallara kadr yığımı ilə bağlı iş aparılır.
Qeyd edək ki, yeni filiallardan ikisi Bakıda, biri isə İmişli rayonunda açılacaq. Bakıda açılacaq filiallar Səbail küçəsi,5 («Bayıl» filialı) və 28 May küçəsi,72 («Xətai» filialı) ünvanında yerləşir. İmişlidəki filial isə M.Əsədov küçəsi,2 ünvanında açılacaq.
B.Piriyevin sözlərinə görə, bu filiallar vasitəsilə müştərilər bütün bank xidmətləri, o cümlədən, kredit-depozit əməliyyatları, sürətli pul köçürmələri, yeni hesabların açılması və digər bank xidmətlərindən istifadə edə biləcək.
Xatırladaq ki, hazırda bankın respublika üzrə 10 filialı fəaliyyət göstərir və bunun 6-sı regionda (Xaçmaz, Göyçay, Quba, İsmayıllı, Masallı və Gəncə) yerləşir.
Təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» SKB 1994-cü ildə yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 37,074 mln. manat, kredit portfeli 25,302 mln. manat, depozit portfeli 9,071 mln. manat, məcmu kapitalı 13,776 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,040 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 16 mübadilə məntəqəsi, 5 bankomatı və 55 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR