Bank Of Baku

«ABB-Moskva» bankı korporativ müştərilərlə işi daha da genişləndirəcək

«ABB-Moskva» bankı korporativ müştərilərlə işi daha da genişləndirəcək
# 09 aprel 2009 10:49 (UTC +04:00)
Moskva. Roman Ağayev, Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada fəaliyyət göstərən törəmə qurumu – «ABB-Moskva» bankı prioritetlərindən biri kimi korporativ müştərilərlə işin daha da genişləndirilməsini görür. Bunu «APA-Economics»ə eksklüziv açıqlamasında «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.

«ABB-Moskva»nın rəhbəri bildirib ki, 2008-ci ildə Rusiyanın 200 ən qabaqcıl bankı siyahısına daxil olan Azərbaycan bankı, yaxın gələcəkdə aktivlərin həcminə görə müvafiq renkinqdə öz mövqeyini ən iri 150 bankın sırasında görür. F.Abdullayev qeyd edib ki, rəhbərlik etdiyi bankın Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin genişləndirilməsində də rolu əvəzolunmazdır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,5 mlrd. ABŞ dolları təşkil edir və «ABB-Moskva» həm Azərbaycan, həm də Rusiy şirkətlərinə, eləcə də maliyyə institutlarına lazımi bank xidmətləri göstərir. Bankın başçısı vurğulayıb ki, bank əsasən Rusiya və Azərbaycan arasında idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi ilə məşğuldur.

F.Abdullayevin sözlərinə görə, hazırda «ABB-Moskva» 3 mindən artıq korporativ müştəriyə xidmət göstərir. Onların hesablarında olan vəsait qalıqları 2008-ci il ərzində 91% artaraq 2,512 mlrd. rubla və yaxud 85,5 mln. dollara çatıb. Hüquqi şəxslərə xidmət çeşidin genişləndirildiyini vurğulayan ABB-nin Rusiyadakı törəmə bankın rəhbəri nümunə olaraq, «ABB-Moskva»nın Almaniyanın «Commertzbank»ı ilə birgə Tver vilayətində toxuculuq kombinatına ayırdığı birgə krediti misal gətirib. F.Abdullayevin fikrincə, Rusiyanın bank xidmətləri bazarında bu növ borcalmaların təşkilini «ABB-Moskva»ya xarici banklar tərəfindən göstərilən yüksək etimad və əməliyyatların rəsmiləşdirilməsində təcrübənin olması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR