Bank Of Baku

Azərbaycanda bank əmanətləri üzrə kassa dövriyyəsində 111,2 mln. manat həcmində mənfi saldo yaranıb

Azərbaycanda bank əmanətləri üzrə kassa dövriyyəsində 111,2 mln. manat həcmində mənfi saldo yaranıb
# 09 aprel 2009 11:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemi üzrə kassa dövriyyəsində əhalinin əmanətləri hesabına edilən mədaxilin həcmi 2009-cu ilin yanvar-fevral aylarında 318,850 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, kassa dövriyyəsinin həmin təsnifat üzrə məxaricinin həcmi 430,039 mln. manata bərabər olub. Nəticədə, əhalinin əmanətləri üzrə kassa dövriyyəsində 111,189 mln. manat miqdarda mənfi saldo yaranıb.
Qeyd edək ki, əmanətlər üzrə mədaxil banklara ilkin əmanətlərin açılması və ya mövcud olan əmanət hesablarının artırılması hesabına yaranır. Məxaric isə həm əmanətlərin geri çağırılması, həm də və əsasən hesablanmış faizlərin götürülməsindən ibarət olur. Yəni, məxariclə mədaxil arasında yaranan fərq əmanətlərin azalması və ya geri çağırılmasının göstəricisi deyil. Eyni zamanda qeyd olunmalıdır ki, ümumilikdə cari ilin əvvəlindən martın 1-dək banklarda yerləşdirilmiş əhalinin əmanətlərinin həcmi 90,3 mln. manat azalıb, məxariclə mədaxil arasında yaranmış fərq isə bu göstəricidən təxminən 21 mln. manat və ya 23% çoxdur.
Müqayisə üçün xatırladaq ki, ötən il ərzində əhalinin əmanətləri üzrə mədaxil 2,469 mlrd. manat, məxaric isə 2,321 mlrd. manat təşkil edib. Beləliklə, bu təsnifat üzrə 148 mln. manat həcmində müsbət saldo yaranıb.
Həmçinin qeyd etməliyik ki, yanvar-fevral ayları ərzində əmanətlərin hesabına mədaxil ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azalıb, məxaric isə 49,3% artıb.

* 09.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8031 manat təşkil edib
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR