Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmiləri Vatikanda olub

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmiləri Vatikanda olub
# 09 aprel 2009 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Vatikanda «Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə» mövzusunda sərgi, eyni zamanda «Azərbaycan gömrüyü mədəni irsin keşiyində», «Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə» və «Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik» adlı kitabların təqdimat mərasimi keçirilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə Vatikan Pontifik Komissiyası, həmçinin Vatikan Dövləti üzrə Qubernatorluğun sədri kardinal Covanni Layolo, Vatikanın Xarici İşlər və Mədəniyyət nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak ediblər.
DGK sədri Aydın Əliyev Azərbaycan gömrük xidməti tərəfindən böyük miqdarda qədim əşyaların ölkəmizdən çıxarılmasının və onun sərhədlərindən tranzitlə qanunsuz keçirilməsi cəhdlərinin qarşısının alındığını qeyd edib.
Azərbaycan nümayəndə heyəti səfər zamanı Vatikan dövlətinin bir sıra rəsmi şəxsi ilə ikitərəfli görüşlər keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR