Bank Of Baku

Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payı ilk dəfə 54%-ə çatıb

Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payı ilk dəfə 54%-ə çatıb
# 09 aprel 2009 12:39 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi 2009-cu ilin yanvar-fevral aylarında 2 079,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,9% çoxdur. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.

AMB-nin bu gün açıqladığı hesabata əsasən, qeyri-neft sahələrindəki dinamika ölkə üzrə məcmu ÜDM göstəricisinin artımından 4 dəfə çoxdur. Ötən ilin ilk iki ayı ilə müqayisədə (10,1%) qeyri-neft ÜDM-in dinamikası 3,8 faiz bəndi yüksəlib. Eyni zamanda, onun fiziki həcmi mütləq rəqəmlərdə son bir ildə 561,4 mln. manat artıb, halbuki neft sahəsində istehsal olunan ÜDM həmin dövr ərzində əksinə, 1 455 mln. manat azalaraq 1 779,6 mln. manata düşüb. Nəticədə, qeyri-neft sektorunun məcmu ÜDM göstəricisində çəkisi ilk dəfə olaraq 53,88%-ə çatıb.

Maraqlıdır ki, Azərbaycan əhalisinin yanvar ayında orta statistik sayını nəzərə alsaq, qeyri-neft ÜDM-in adambaşına düşən həcmi martın 1-nə 241,31 manat (300 ABŞ dolları) təşkil edib.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında 3 859,3 mln. manat həcmində ÜDM istehsal olunub. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ÜDM-in adambaşına düşən həcmi 447,8 manat (556,4 ABŞ dolları) bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR