Bank Of Baku

Azərbaycanla Suriya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalanacaq

Azərbaycanla Suriya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalanacaq
# 02 sentyabr 2009 09:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan ilə Suriya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş layihəsi üzərində müzakirələrə başlanıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Vergilər Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu yaxınlarda Bakıda Azərbaycan və Suriya arasında saziş layihəsinin hazırlanması üzrə ilk danışıqlar keçirilib. Danışıqlar yaxın vaxtlarda Dəməşqdə davam etdiriləcək.

Azərbaycan hökuməti yaxın perspektivdə Sloveniya, Liviya, Türkmənistan və Slovakiya ilə də analoji sazişlərin imzalanması məqsədi ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Azərbaycan 39 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR