Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı yeni uduş kampaniyası keçirir

Azərbaycan Beynəlxalq Bankı yeni uduş kampaniyası keçirir
# 02 sentyabr 2009 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı 2009-cu il sentyabrın 1-dən öz əmanətçiləri üçün yeni uduş kampaniyasının keçirilməsinə başlayıb. ABB-dən “APA-Economics”ə verilən məlumata görə, cari ilin dekabrın 30-dan keçirilməsi nəzərdə tutulan uduşda 3 avtomobil və müxtəlif qiymətli mükafatlar oynanılacaq.
Qeyd edək ki, həmin müddət ərzində banka 1 000 manat və ya sərbəst dönərli valyutada ekvivalent miqdarında əmanət qoyanlar uduşun iştirakçısı ola bilər.
Uduş kampaniyası iki mərhələdə keçiriləcək. İlk mərhələ sentyabrın 1-dən oktyabrın 30-dək davam edəcək. Birinci yer üzrə mükafat “Wolkswagen Polo” avtomobili, ikinci yer üzrə “Asus X59Sr” noutbuk, üçüncü yer üzrə isə “Sony DCR DVD 850E” videokamera nəzərdə tutulur.
Noyabrın 1-də ikinci mərhələyə start veriləcək ki, burada birinci yeri üzrə mükafat “Wolkswagen Jetta” avtomobili, ikinci və üçüncü yerlər üzrə mükafatlar birinci mərhələdəki kimi nəzərdə tutulur.
Bu mərhələlərdə qalib gəlməyən əmanətçilər isə təsəlliverici mükafatın uduşunda iştirak edəcəklər. Təsəlliverici mükafat “Nissan Sunny” markalı avtomobil olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR