Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı mineral su və südün alınması üçün tender keçirir

Azərbaycan Mərkəzi Bankı mineral su və südün alınması üçün tender keçirir
# 02 sentyabr 2009 10:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) bir neçə kotirovka və təkliflər sorğusu elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, kotirovka və təkliflər sorğusuna «Corvus» baş mühasibat sisteminin dəstəklənməsi, mineral su və dispenser üçün su balonları, Xəzinə Departamentinin əməkdaşları və İşçi Komissiyasının üzvləri üçün südün satın alınması, həmçinin bankın əsas binasının giriş hissəsindəki mərmər və beton örtüklərin təmir edilməsi, AMB-nin Gəncə Ərazi İdarəsində istifadə olunan UPS akkumulyatorlarının yenisi ilə əvəz edilməsi, AMB üçün kanal tipli kondisionerin alınması və quraşdırılması və s. xidmətlər daxildir.

Lotlar üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri sentyabr ayının 10-dək AMB-yə təqdim edilməlidir. Qeyd edək ki, sorğuda iştirak haqqı bütün lotlar üzrə 50 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR