Bank Of Baku

Ötən ay Azərbaycanda dolların birja məzənnəsi 0,04% azalıb

Ötən ay Azərbaycanda dolların birja məzənnəsi 0,04% azalıb
# 02 sentyabr 2009 12:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,04% artıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ABŞ dollarının məzənnəsi 0,8037 AZN-dən 0,8034 AZN-dək düşüb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi aprel ayında 0,8040 AZN-ə bərabər olub. Halbuki, cari ilin iyul ayında bu göstərici 0,8037 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin iyul ayında BBVB-nin valyuta bölməsində keçirilən 46 ticarət sessiyasında 11 bankın iştirakı ilə 43,887 mln. manat və ya 54,586 mln. dollar həcmində 30 alqı-satqı əqdi qeydə alınıb. Bu isə iyul ayı ilə müqayisədə 7,7% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR