Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı «CRM SalesLogix» sisteminin tətbiqinə başlayıb

Azərbaycan Beynəlxalq Bankı «CRM SalesLogix» sisteminin tətbiqinə başlayıb
# 02 sentyabr 2009 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə Rusiyanın «FB Consult» şirkəti arasında bankın Nəsimi filialında «CRM SalesLogix» sisteminin pilot rejimdə tətbiqinə dair müqavilə bağlanıb.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, yeni sistemin tətbiqi bankın müştəri xidməti strategiyasının həyata keçirilməsində, xüsusilə də yeni texnologiyaların tətbiqi ilə yaradılmış məhsul və xidmətlərin tam kompleksinin müştərilərə yeni keyfiyyət səviyyəsində təqdim edilməsinə, həmçinin bankla qarşılıqlı əlaqələrin qurulması zamanı müştərilər üçün maksimum rahat şəraitin yaradılmasına kömək edəcək.

Layihənin birinci mərhələsində mövcud və potensial müştərilər haqqında vahid məlumat bazası yaradılacaq, satış prosesləri reqlamentləşdiriləcək, sazişlərin aparılması və məhsulların uçotu sistemi təşkil olunacaq, müştərilərlə işin gəlirliyini proqnozlaşdırmağa və müştəri bölmələrinin menecerlərinin işinə obyektiv qiymət verməyə imkan yaradan analitik komponentlər tətbiq ediləcək. Layihə çərçivəsində bankın müxtəlif bölmələrindən və onun avtomatlaşdırılmış bank sistemindən CRM-sistemə daxil olan məlumatların inteqrasiyası üzrə işlər aparılacaq.

«CRM SalesLogix»də iş potensial və mövcud müştərilərlə qarşılıqlı əlaqənin müasir vasitələrindən istifadə etməyə imkan verəcək, müştərilərin identifikasiyasını və seqmentasiyasını asanlaşdıracaq, «əks əlaqə» sistemini təşkil etməyə kömək edəcək, bu və ya digər marketinq proqramlarının effektivliyini təhlil və onların həyata keçirilməsi planlarını vaxtında təshih etməyə şərait yaracaq.

Qeyd edək ki, layihənin əsas məqsədi bankda biznes-proseslərin optimallaşdırılması və müştərilərlə qarşılıqlı əlaqədə olan bank əməkdaşlarının işinin effektivliyinin artırılmasıdır.

Layihənin pilot rejimdə tətbiqindən sonra onun yaxın 2-3 il ərzində ABB-nin bütün filiallarında mərhələli tətbiqi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 37 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR