Bank Of Baku

Azərbaycan 2010-cu ildə sahibkarlığın güzəştli kreditləşməsinin həcmini builki səviyyədə saxlayacaq

Azərbaycan 2010-cu ildə sahibkarlığın güzəştli kreditləşməsinin həcmini builki səviyyədə saxlayacaq
# 02 sentyabr 2009 13:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın 2009-cu il dövlət büdcəsindən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) nəzərdə tutulmuş vəsaitin 74%-i arıq ödənilib. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə bu il üçün dövlət büdcəsindən SKMF-a 74 mln. manatın ayrılması nəzərdə tutulub və ilkin mərhələdə bu vəsaitin 37 mln. manatı Fonda ayrılıb: «Digər 37 mln. manatın isə 17 mln. manatı artıq fonda köçürülüb və həmin vəsait sahibkarlara ayrılıb başa çatandan sonra qalan 20 mln. manat da ayrılacaq».

Ş.Abdullayev həmçinin bildirib ki, 2010-cu ildə də dövlət büdcəsindən SKMF-a 74 mln. manatın ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.

Onu da qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 350 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR