Bank Of Baku

Avrozonanın ÜDM-i 4,7% azalıb

Avrozonanın ÜDM-i 4,7% azalıb
# 02 sentyabr 2009 13:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avrozonaya daxil olan 16 ölkənin ÜDM-i 2009-cu ilin ikinci rübündə əvvəlki rübə nisbətən 0,1%, ötən ilin ikinci rübünə nisbətən 4,7% azalıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Avropa İttifaqının “Eurostat” rəsmi statistika agentliyinin məlumatında deyilir.
Qeyd edək ki, əvvəlki hesablamalara görə, həmin göstəricilər bu ilin I və 2008-ci ilin II rübləri ilə müqayisədə müvafiq olaraq 0,1% və 4,6% azalıb.
Xatırladaq ki, cari ilin I rübündə Avrozonanın ÜDM-nin rüblük azalması 2,5%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR