Bank Of Baku

Bu il Rusiyada ilk dəfə olaraq deflyasiya qeydə alınıb

Bu il Rusiyada ilk dəfə olaraq deflyasiya qeydə alınıb
# 02 sentyabr 2009 15:51 (UTC +04:00)
Bakı – APA-Economics. 2009-cu ilin ilk altı ayı ərzində Rusiyanın federal büdcəsindən anti-böhran tədbirlərinə 342 milyard rubl vəsait xərclənib. APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bu rəqəm qlobal iqtisadi böhranla mübarizə üçün büdcədə nəzərdə tutulmuş vəsaitin 39,1%-idir. Ümumilikdə Rusiya hökuməti anti-krizis tədbirlərinə 985 milyard rubl xərcləmək niyyətindədir.
Rusiya Dövlət Statistika Komitəsi isə bəyan edib ki, 25-31 avqust tarixlərini əhatə edən həftədə bu ilin əvvəlindən ilk dəfə olaraq deflyasiya qeydə alınıb. Komitənin hesabatında deyilir ki, göstərilən dövr ərzində istehlak malları 01,% ucuzlaşıb. İnflyasiya avqustun yekunlarına görə 0,1%, 2009-cu ilin əvvəlindən isə 8,2% təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici müvafiq olaraq 0,4% və 9,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR