Bank Of Baku

«Azərnəqliyyatbank» filial şəbəkəsini genişləndirir

«Azərnəqliyyatbank» filial şəbəkəsini genişləndirir
# 03 sentyabr 2009 06:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyatbank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sentyabr ayı ərzində dörd yeni filial istifadəyə verəcək.

Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, filialların Bakı və Sumqayıt şəhərləri, həmçinin Xaçmaz və Qusar rayonlarında açılması nəzərdə tutulub. Bununla da bankın filiallarının ümumi sayı 11-ə çatacaq.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 69,723 mln. manat, depozit portfeli 56,718 mln. manat, kredit portfeli 16,190 mln. manat, məcmu kapitalı 12,716 mln. manat, o cümlədən, nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR