Bank Of Baku

«Zamin Bank» son bir ildə aktivlərini 30% artırıb

«Zamin Bank» son bir ildə aktivlərini 30% artırıb
# 03 sentyabr 2009 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 150,331 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan naloji göstəricidən 30,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 12% azalaraq 33,169 mln. manata, kredit portfeli isə 28,5% artaraq 89,064 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 9,2% artaraq 14,151 mln. manat, o cümlədən, nizamnamə kapitalı sabit qalaraq 11,195 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 16,3% artaraq 6,632 mln. manata, xərcləri isə 8,5% artaraq 5,546 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 84% artaraq 1,086 mln. manat təşkil edib.

Bu müddət ərzində bank əlavə 10 filial açıb, həmçinin 5 bankomat və 938 POS-terminal quraşdırıb.

Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Bankın respublika üzrə 30 filialı, həmçinin 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 25 bankomatı və 1 876 POS-terminalı fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın işçilərinin sayı 456 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR