Bank Of Baku

«Atrabank» son bir ildə aktivlərini 7% artırıb

«Atrabank» son bir ildə aktivlərini 7% artırıb
# 03 sentyabr 2009 09:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 34,292 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan analoji göstəricidən 6,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 3,2% genişlənərək 4,252 mln. manata, kredit portfeli 2,2% artaraq 23,538 mln. manata, o cümlədən, istehlak kreditlərinin həcmi 22,4% artaraq 4,883 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 4,6% azalaraq 10,884 mln. manat, o cümlədən, nizamnamə kapitalı sabit qalaraq 10,425 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 19,4% artaraq 1,663 mln. manat, xərcləri isə 10,3% artaraq 1,636 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 8,8 dəfə azalaraq 0,027 mln. manat olub.

Bundan başqa, bu dövrdə bank tərəfindən əlavə 4 mübadilə məntəqəsi açılıb, həmçinin 3 bankomat və 8 POS-terminal quraşdırılıb. Eyni zamanda, bankın işçilərinin sayı 19% artaraq 152 nəfərə, orta aylıq əmək haqqı isə 5,5% azalaraq 468 manata çatıb.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın respublika üzrə 12 filialı, 5 mübadilə məntəqəsi, 13 bankomatı və 39 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR