Bank Of Baku

Dünya maliyyə böhranı ilə mübarizəyə çəkilən xərclər 10 trln. dollara çatıb

Dünya maliyyə böhranı ilə mübarizəyə çəkilən xərclər 10 trln. dollara çatıb
# 12 sentyabr 2009 09:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın aparıcı inkişaf etmiş ölkələri iqtisadi böhranla mübarizəyə ümumilikdə olaraq 10 trln. ABŞ dolları və ya adambaşına 10 min dollar xərcləyib. «APA-Economics»in məlumata görə, əvvəlki hesablamalara görə, bu rəqəm 9,2 trln. dollara bərabər olub. Belə ki, cari ilin iyul ayının sonunda Beynəlxalq Valyuta Fondu qlobal böhrana qarşı xərclərin 11 trln. dollar həcmində qiymətləndirib ki, bunun 9,2 trln. dolları inkişaf etmiş, 1,6 trln. dolları inkişafda olan ölkələrin payına düşüb.

Göstərilən xərclərin əsas hissəsi ABŞ və Böyük Britaniyanın payına düşür. Belə ki, ümumilikdə, böhrana qarşı tədbirlərin maliyyələşməsinə ABŞ ÜDM-in 25%-ni, Böyük Britaniya isə 94%-ni xərcləyib.

Bundan başqa, dünyanın maliyyə sektorunda aktivlərin silinməsi həcmi 4 trln. dollara çatıb ki, bunun 1,8 trln. dolları ipoteka kreditləri ilə təmin edilmiş istiqrazların payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR