Bank Of Baku

«Bank of Azerbaijan» depozitlər üzrə faiz dərəcələrini artırıb

«Bank of Azerbaijan» depozitlər üzrə faiz dərəcələrini artırıb
# 14 sentyabr 2009 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin oktyabr ayının 1-dək depozit açmaq üçün müştərilərə unikal imkan yaradıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində «Bank of Azerbaijan»a müddətli depozit yerləşdirmiş hər bir əmanətçi 1% həcmində əlavə bonus qazanacaq.

Aşağıda müddətli depozitlərin şərtləri barədə ətraflı məlumat verilir:

Müddət 

%   AZN, USD

6 ay 

illik 15% + 1% bonus

12 ay 

illik 17% + 1% bonus

24 ay 

illik 18% + 1% bonus

24 aydan çox 

illik 19% + 1% bonus



Müddət 

%  EURO

6 ay 

illik 9% + 1% bonus 

12 ay 

illik 11% + 1% bonus 

24 ay 

illik 12% + 1% bonus 

24 aydan çox 

illik 13% + 1% bonus 



Qeyd edək ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 127,249 mln. manat, depozit portfeli 53,081 mln. manat, kredit portfeli 97,345 mln. manat, məcmu kapitalı 19,634 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın respublika üzrə 19 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR