Bank Of Baku

Azərbaycanın aparıcı sığorta şirkəti yeni reytinq almağa hazırlaşır

Azərbaycanın aparıcı sığorta şirkəti yeni reytinq almağa hazırlaşır
# 12 noyabr 2009 15:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyi (BSŞ) Bakıda səfərdə olan «Standard & Poors» beynəlxalq reytinq agentliyinin rəsmi nümayəndələri ilə görüşüb.

BSŞ-dən «APA-Economics»ə verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə dünyada sığorta bazarına aid ümumi xüsusiyyətlərlə yanaşı, BSŞ-nin maliyyə göstəriciləri və onun bazarda yeri və mövqeyi ilə bağlı konkret məsələlər müzakirə olunub. Görüş zamanı reytinqin mənimsənilməsinin metodologiyasına xüsusi diqqət yetirilib.

«Dünyanın aparıcı reytinq şirkətlərindən birinin BSŞ-yə reytinq verməyə hazır olmasını ölkə iqtisadiyyatında maliyyə sektorunda sabitliyin mövcudluğunun bir daha təsdiqlənməsi kimi qiymətləndirmək olar. Bu həmçinin, BSŞ-nin mövqeyinin möhkəmliyinin daha bir göstəricisidir» - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, bu ayın əvvəlində BSŞ-ə «Moody’s Investors Service» agentliyi tərəfindən «B2» səviyyəsində «sabit» reytinq proqnozu ilə maliyyə dayanıqlığı reytinqi (Insurance Financial Strength Rating, IFSR) verilib. Hazırda səviyyəsinə görə həmin reytinq Azərbaycandakı bütün sığorta şirkətləri arasında ən yüksək reytinq dərəcəsi hesab olunur.

Xatırladaq ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Şirkət nizamnamə kapitalının (8,8 mln. manat) həcminə görə milli sığorta bazarının lideri sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR