Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayında valyuta ehtiyatlarının həcmi 10,8 mln. dollar və ya 0,2% azalıb.
Eyni zamanda cari ilin əvvəlindən valyuta ehtiyatları 1 044,1 mln. dollar və ya 17% azalıb:
Cədvəldən göründüyü kimi, cari ildə valyuta ehtiyatlarının dinamikasında böyük dəyişkənlik müşahidə olunub ki, bu da dünya maliyyə və iqtisadi böhranla əlaqəlidir. Belə ki, dünya maliyyə bazarlarında hələ də qüvvədə olan qeyri-müəyyənlik nəticəsində Azərbaycanın rəsmi valyuta ehtiyatlarının sabit artım dinamikasının formalaşmasına imkan vermir. Eyni zamanda, valyuta ehtiyatlarının azalması yalnız xarici amillərlə bağlıdır, yəni, ehtiyatlar daxili bazarda məzənnə sabitliyinin qorunmasına sərf edilmir və bu, böhran şəraitində valyuta ehtiyatları dinamikasında azalmaya baxmayaraq, əsas müsbət göstəricidir.