Bank Of Baku

«Nikoil» bankı Bakıda yeni filial açıb

«Nikoil» bankı Bakıda yeni filial açıb
# 13 noyabr 2009 07:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Nikoil» İnvestisiya Kommersiya Bankı sayca 12-ci filialını açıb. Bankın Bakıda yerləşən baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial əhaliyə depozit məhsulları, istehlak kreditləri, «Western Union», «Migom», «LİDER», «CONTACT» və «InterExpress» sistemləri üzrə pul köçürmələri, o cümlədən, kommunal ödənişlər də daxil olmaqla bütün növ bank xidmətləri göstərəcək.

Açılış mərasimində çıxış edən «Nikoil» İKB-nin İdarə Heyətinin sədri Vasili Xamaza qeyd edib ki, dünya maliyyə bazarında qeyri-sabit vəziyyət şəraitində belə bank filial şəbəkəsinin genişləndirilməsini davam etdirir. Bu, bankın qabaqcıl xidmətlərinin daha geniş müştəri kütləsi üçün əlçatan olması məqsədilə edilir.

Yeni açılmış filial bu il istifadəyə verilmiş ikinci, «Nikoil» İKB-nin sayca 16-cı satış nöqtəsidir. Bura bankın filial şəbəkəsinə paytaxtda və regionlarda yerləşən 12 filial, paytaxtdakı 3 şöbə və baş ofis daxildir.

Filial Yeni Yasamal yaşayış massivində, Xarici Dairəvi Yol,4 ünvanında - yeni avtomobil bazarının ərazisində yerləşir. Yaxın günlərdə Bank Lökbatandakı ticarət mərkəzinin ərazisində daha bir filial açmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR