Bank Of Baku

Azərbaycanda Pakistan kapitallı lizinq şirkəti yaradılıb

Azərbaycanda Pakistan kapitallı lizinq şirkəti yaradılıb
# 13 noyabr 2009 08:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda Pakistan kapitallı müştərək lizinq şirkəti yaradılıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

«MCB Lizinq» QSC adlanan şirkət Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsi, ev 11, mənzil 26 ünvanında yerləşir. Şirkətin nizamnamə kapitalı 4 min manatdır.

Şirkətin təsisçisi rolunda Azərbaycan tərəfindən fiziki şəxs Namiq Səfərov, Pakistan tərəfindən isə bu ölkədə fəaliyyət göstərən «MCB Bank Ltd.» çıxış edir.

Oktyabrın 15-də dövlət qeydiyyatına alınmış şirkətin Müşahidə Şurasının üzvləri Munir Əli Munir, Mazhar, Manşa Mian Mohammad Yəhya, Mian Mohammad, Namiq Səfərov, Bayva Atif Aslam, Ashai Muhtasim Əhməddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR