Bank Of Baku

Azərbaycanda pul bazası ilin əvvəlindən 12% azalıb

Azərbaycanda pul bazası ilin əvvəlindən 12% azalıb
# 13 noyabr 2009 08:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2009-cu ilin noyabrın 1-nə 4 193,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 111,5 mln. manat və ya 2,7%, cari ilin əvvəlindən isə 587,8 mln. manat və ya 12,3% azalıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.

Cari ildə ilk 4 ay ərzində pul bazasının azalması, sonrakı 4 ay ərzində isə artım, sentyabrda azalma, oktyabrda isə yenidən artım müşahidə olunub. Oktyabr ayında artımın həcmi 23,1 mln. manat və ya 0,6% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR