Bank Of Baku

«Paşa Sığorta» xarici təkrarsığorta şirkətləri ilə yeni ildə əməkdaşlığa dair danışıqları yekunlaşdırıb

«Paşa Sığorta» xarici təkrarsığorta şirkətləri ilə yeni ildə əməkdaşlığa dair danışıqları yekunlaşdırıb
# 13 noyabr 2009 09:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkətinin nümayəndə heyəti beynəlxalq təkrarsığorta şirkətləri və brokerlər ilə 2010-cu il üçün təkrarsığortanın yerləşdirilməsi planı üzrə danışıqlar prosesini yekunlaşdırıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, danışıqlar prosesi Almaniyanın Baden-Baden şəhərində keçirilmiş illik Təkrarsığorta Forumunda baş tutub.

Növbəti ildə biznesin artımı ilə bağlı olaraq «Paşa Sığorta» Azərbaycanda sığortalanmış iri korporativ müştərilərin risklərinin beynəlxalq bazarlarda yerləşdirilməsi həcmini artıracaq. Əldə edilmiş razılaşmalara əsasən, bu işlər «Alliance» (Almaniya), ACE (Fransa), AXA (Fransa), «Gen Re» (Almaniya), «Marsh» (ABŞ) broker şirkətləri ilə birlikdə, həmçinin rəsmi brokerlər vasitəsilə «Lloyd» şirkəti ilə həyata keçiriləcək.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat təşkil edir. Hazırda şirkət 4 icbari və 25 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR