Bank Of Baku

Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb
# 13 noyabr 2009 09:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2010-cu il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

«APA-Economics»in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, DSMF-nin 2010-cu il büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 1 mlrd. 757 mln. 216 min manat müəyyən edilib. Gəlirlərin böyük hissəsi - 1 mlrd. 221 mln. manatı dövlət sosial sığorta haqlarından daxilolmalardır.

Gələn il dövlət büdcəsindən DSMF-yə transfertlər 533,7 mln. manat nəzərdə tutulur ki, bu da fondun ümumi gəlirinin 30,4%-idir. DSMF-nin xərclərinin 1 mlrd. 688 mln. manatını əhaliyə ödənişlər, o cümlədən 1 mlrd. 633 manatını əmək pensiyaları təşkil edəcək.

H.Rəcəbli onu da bildirib ki, pensiya sisteminin avtomatlaşdırılması nəticəsində artıq ölkə üzrə pensiyaların 97%-i bankomatlar vasitəsilə verilir. Komitə sədri Fondun büdcəsinin reallıq nəzərə alınaraq hazırlandığını bildirib və deputatları büdcə layihəsinə səs verməyə çağırıb.

Daha sonra DSMF sədri Səlim Müslümov çıxış edib. S.Müslümov cari ilin büdcəsinin icrası barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR