Bank Of Baku

Bakı Fond Birjası gələn il AZIPS ödəniş sisteminə qoşulacaq

Bakı Fond Birjası gələn il AZIPS ödəniş sisteminə qoşulacaq
# 13 noyabr 2009 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Bakı Fond Birjası (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) Banklararası Milli Hesablaşmalar Sisteminə (AZIPS) qoşulma prosesini başa çatdıracaq. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, hazırda AMB ilə BFB arasında bu istiqamətdə işlər aparılır: «Çox güman ki, 2010-cu ilin ortalarınadək bu proses başa çatdırılacaq».

R.Aslanlı onu da qeyd edib ki, tərəflər arasında həmçinin strukturların avtomatlaşdırılması üçün qurumların kompüter proqram təminatlarının birləşdirilməsinə dair danışıqlar aparılır.

Xatırladaq ki, ölkədə fəaliyyət göstərən 46 bankın və Bakı Banklararası Valyuta Birjasının üzv olduğu AZİPS sistemi 2001-ci ildə yaradılıb. Ödəniş funksiyaları ilə bərabər bu sistem SWIFT - Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemindən real vaxt rejimində istifadə etmək imkanı verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR