Bank Of Baku

Azərbaycan fond bazarına yeni maliyyə alətləri çıxarılır

Azərbaycan fond bazarına yeni maliyyə alətləri çıxarılır
# 13 noyabr 2009 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın fond bazarında bir neçə yeni maliyyə alətinin dövriyyəyə çıxarılması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzər Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, ölkənin fonda bazarına müxtəlif növ yeni alətlər çıxarılacaq ki, bunların sırasında kombinə olunan borc alətləri, konvertasiya olunan borc kağızları və bir neçə yeni dövlət borc aləti mövcuddur: «Konvertasiya olunan borc kağızları yaxın gələcəkdə, yeni növ dövlət borc alətlərinin isə 2010-cu ildə buraxılacağı gözlənilir».

Qeyd edək ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin adi və geri çağırılma hüququna malik olan istiqrazları, Mərkəzi Bankın notları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR