Bank Of Baku

Bakı Fond Birjasının listinqinə ilk şirkətlər gələn il daxil ediləcək

Bakı Fond Birjasının listinqinə ilk şirkətlər gələn il daxil ediləcək
# 13 noyabr 2009 10:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Azərbaycanın bir neçə özəl şirkəti Bakı Fond Birjasının (BFB) yeni listinqinə daxil ediləcək. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, hazırda 20-dən çox şirkətlə bu istiqamətdə danışıqlar aparılır ki, gələn il ərzində bunlardan yalnız bir neçəsi listinqdən keçəcək: «Cari ilin sonuna listinqdən keçmək real deyil. Belə ki, şirkətlərin listinqdən keçməsi üçün aparılan işlər ən azı 12 ay vaxt tələb edir».

Qeyd edək ki, BFB bu ilin avqustun əvvəlindən etibarən yeni listinq qaydalarının tətbiqinə başlayıb. Yeni listinq qaydaları üçpilləlidir. Belə ki, birinci və ikinci pillələr sırf listinq pillələri, üçüncü pillə isə qeyri-listinq pilləsidir. Listinqin birinci pilləsində tələblər daha sərtdir. Burada şirkətlərin korporativ idarəetmə sisteminə, ümumiyyətlə şirkətin fəaliyyətinə diqqət yetiriləcək. İkinci pillənin tələbləri bir qədər yumşaqdır və ölkənin qanunvericiliyinin baza tələblərinə əsaslanır. Üçüncü pillədə isə listinqdən keçməyən və yaxud keçmək istəməyən səhmdarlar yer alacaq ki, onlar öz səhmlərini BFB vasitəsi ilə satmaq məcburiyyətində olacaq.

BFB-nın proqnozlara görə, birinci pillədən təxminən 10-15 şirkət, ikinci pillədən isə daha çox şirkət keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR