Bank Of Baku

Azərbaycan İpoteka Fondu gələn il təmin edilməmiş istiqrazların emissiyasına başlaya bilər

Azərbaycan İpoteka Fondu gələn il təmin edilməmiş istiqrazların emissiyasına başlaya bilər
# 13 noyabr 2009 12:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Azərbaycan İpoteka Fondu (AİF) mövcud kapitalı məbləğində təmin edilməmiş istiqrazların emissiyasına başlaya bilər. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, QKDK AİF-in gələcəkdə də ipoteka istiqrazlarının emissiyasına dəstək verməyə hazırdır: «Gələn il ərzində Fond kapitalı qədər – 80 mln. manat məbləğində təmin edilməmiş istiqrazların buraxılmasına başlaya bilər. AİF-in hazırkı emissiyası təmin edilmiş istiqrazlardan ibarətdir və Fond tərəfindən indiyədək 60 mln. manat məbləğində verilən kreditlərin 80%-i qədər, həmin kreditlərin geri qaytarılması və öz kapitalını nəzərə alsaq, AİF 2010-cu ildə formal olaraq 100 mln. manat məbləğində təmin olunmamış istiqraz buraxa bilər».

R.Aslanlı onu da bildirib ki, 2009-cu ilin iyun ayından etibarən Azərbaycanda emissiya olunmuş 55 mln. manatlıq ipoteka istiqrazlarının 44 mln. manatı 8 tranşla yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR