Bank Of Baku

BVF: Azərbaycanda 2010-cu ildə yüksək iqtisadi artım gözlənilir

BVF: Azərbaycanda 2010-cu ildə yüksək iqtisadi artım gözlənilir
# 13 noyabr 2009 12:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə iqtisadi artım tempinin 2010-cu ildə orta səviyyədə olacağını proqnozlaşdırır. «APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) istinadən verdiyi məlumata görə, bunu BVF-nin Ermənistandakı təmsilçisi Nienke Omes bildirib.

Onun sözlərinə görə, dünya iqtisadi böhranı regionda daha çox Gürcüstan, Ermənistan, Qırğızıstan və Tacikistana təsir edib. Bunun əsas səbəbi isə bu ölkələrin enerji idxalçıları olması ilə bağlıdır.

«Bu ölkələrlə müqayisədə 2010-cu ildə Azərbaycan, Özbəkistan, Türkmənistan və Qazaxıstan daha yüksək iqtisadi artım tempi nümayiş etdirəcək», - deyə N.Omes əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR