Bank Of Baku

Azərbaycan fond indekslərinin hesablanmasına listinqin tətbiqindən sonra başlayacaq

Azərbaycan fond indekslərinin hesablanmasına listinqin tətbiqindən sonra başlayacaq
# 13 noyabr 2009 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fond bazarının indeksini müəyyən etmək üçün ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən özəl şirkətlərin bir qismi listinqdən keçməlidir. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, birja indeksini müəyyən etmək üçün listinqdə sabit şirkətlər olmalıdır və onların buraxdığı qiymətli kağızların likvidliyi təmin olunmalıdır: «Maliyyə, İKT, ərzaq istehsalı, pərakəndə ticarət, sağlamlıq sektorlarında fəaliyyət göstərən şirkətlər listinqdən keçərsə, birja indeksinin müəyyənləşdirilməsindən danışmaq mümkün olacaq».

Xatırladaq ki, «APA-Economics» 2008-ci ilin dekabr ayının 1-dən etibarən müstəqil qaydada dövlət qiymətli kağızları (Maliyyə Nazirliyinin istiqrazları (AGBI) və Mərkəzi Bankın notları (ACBDI) üzrə gündəlik indekslərin hesablanmasını aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR