Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bir sıra yeni layihə üçün donor təşkilatlar cəlb edəcək

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bir sıra yeni layihə üçün donor təşkilatlar cəlb edəcək
# 13 noyabr 2009 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə keçirəcək bir sıra layihələrə digər donor təşkilatları da cəlb etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, QKDK tərəfindən SECO-ya institusional, texniki və digər sahələri əhatə edən 5 layihə təqdim olunub ki, layihələrdən ən irisi ictimai məlumatlandırma layihəsidir: «Məhz sözügedən layihəyə biz donor təşkilatlar cəlb etmək niyyətindəyik ki, artıq SECO buna razılıq verib».

Qeyd edək ki, 2001-ci ildən etibarən Azərbaycanla əməkdaşlıq edən SECO ölkədə bir sıra sahənin inkişafı üçün 40 mln. dollar məbləğində maliyyə vəsaiti ayırıb. Hər il İsveçrə Azərbaycana müxtəlif sahələrin inkişafı üçün 6 mln. dollar məbləğində əvəzsiz yardım göstərir. Həmin sahələrə korporativ idarəetmə, lizinq, ilkin ipoteka, dövlət qiymətli kağızlar bazarı, intellektual mülkiyyət hüquqları və su təchizatı daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR