Bank Of Baku

Gələn ay «Bank of Baku»nun səhmdarlarının növbədənkənar iclası keçiriləcək

Gələn ay «Bank of Baku»nun səhmdarlarının növbədənkənar iclası keçiriləcək
# 13 noyabr 2009 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin dekabr ayının 29-da Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının növbədənkənar ümumi iclası keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bu ilki fəaliyyətinin ilkin nəticələri və cari məsələlərin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 179,299 mln. manat, depozit portfeli 84,291 mln. manat, kredit portfeli 130,194 mln. manat, məcmu kapitalı 33,147 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 15 filialı, 25 bankomatı və 205 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR