Bank Of Baku

Azərbaycan fond bazarında investorların hüquqlarının qorunması ilə bağlı cərimələrin məbləği kəskin artırılacaq

Azərbaycan fond bazarında investorların hüquqlarının qorunması ilə bağlı cərimələrin məbləği kəskin artırılacaq
# 13 noyabr 2009 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan fond bazarında investorların hüquqlarının qorunması tədbirləri ilə bağlı tətbiq olunan cərimələrin məbləği kəskin artırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, artıq Komitə tərəfindən fond bazarında investorların hüquqlarını əks etdirən İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayıb ki, burada əsasən müvafiq cərimələrin sərtləşməsi məsələsi əksini tapıb: «Bu, hələ danışıqlar predmeti olsa da, cərimələrin 10-15 dəfə artırılması nəzərdə tutulur. Yaxın günlərdə təkliflərimizi Azərbaycan hökumətinə təqdim edəcəyik».

Qeyd edək ki, hazırda Azərbaycanda qiymətli kağızlar bazarının fəaliyyətinin tənzimlənməsinə dair 75 normativ-hüquqi sənəd mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR