Bank Of Baku

«Bakı Sığorta» nizamnamə kapitalını artırır

«Bakı Sığorta» nizamnamə kapitalını artırır
# 16 noyabr 2009 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabrın 17-dən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Bakı Sığorta» Açıq Səhmdar Cəmiyyətinin sənədsiz adlı adi səhmlərinin emissiyasının yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 233 manat, sayı 1 084 ədəd, emissiyanın ümumi həcmi isə 252 572 manat təşkil edir.

«Bakı Sığorta» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Respublika İnvest» şirkəti çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 14,5% artaraq 2 000 072 manata çatacaq.

Xatırladaq ki, əsas təsisçisi «Bank Respublika» (51%) olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 747 500 manat təşkil edib. Şirkət 26 sığorta növü xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR