Bank Of Baku

Azərbaycanda sərbəst auditorlara xəbərdarlıq edilib

Azərbaycanda sərbəst auditorlara xəbərdarlıq edilib
# 16 noyabr 2009 08:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Auditorlar Palatası sərbəst auditorlara xəbərdarlıq edib. Palatadan «APA-Economics»ə verilən məlumata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) oktyabr ayında keçirilmiş plenar iclasında FATF-ın 28 fevral 2008-ci il tarixli İctimai Bəyanatının qüvvədə saxlanılması qərara alınıb. Həmin bəyanata əsasən, bütün dövlətlər İranın, San Tome və Prinsipinin, Özbəkistanın, Pakistanın və Türkmənistanın maliyyə təsisatları, habelə fiziki və hüquqi şəxsləri ilə həyata keçirilən əməliyyatlara yüksək eyniləşdirmə tədbirləri tətbiq etməklə xüsusi diqqət yetirilməsinə çağırırlar.

Palata sərbəst auditlərdən «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanunun icrasını təmin etmək məqsədilə, aparılan auditlər zamanı FATF-ın İctimai Bəyanatının tələblərinə əməl etməyi tələb edir. Əks halda, tələblərə əməl etməyən auditorlar barəsində tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR