«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) dəyişməz qalaraq 0,8031 manat təşkil edib. Dolların rəsmi məzənnəsi də dəyişməyib və 0,8030 manata bərabər olub:
Birja və rəsmi məzənnələrin sabitliyi son zamanlar artıq Azərbaycanın valyuta bazarının xüsusiyyətinə çevrilib. Bu, valyuta məzənnəsinə Mərkəzi Bank tərəfindən nəzarət edilməsinin göstəricisi kimi qəbul edilə bilər ki, bu nəzarət öz növbəsində böhran şəraitində makroiqtisadi sabitliyin zəruri komponentidir.
Ötən həftə ərzində avronun rəsmi məzənnəsi 0,5% azalaraq həftənin son gününə 1,1933 manat təşkil edib: